Yaranan gündən beynəlxalq əlaqələrinin qurulması “Profi-Resurs” Peşə Tədris Mərkəzinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmuşdur. Mərkəzin beynəlxalq əlaqələri bir sıra istiqamətlərdə həyata keçirilir. Onlardan biri də təşkilat və şirkətlərlə səmərəli əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Bu məqsədlə “Profi-Resurs” PeşəTədris Mərkəzi müxtəlif dövlət və qeyri-dövlət, sənaye və biznes təşkilatlar ilə əməkdaşlıq edir.

"5 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI", ASK XİDMƏT, «İdrak Technology Transfer», Abşeron REŞ MMC, Aktiv Qrup, ANAMA, AVT Logistika, Avtoluks AZ, Avtomobil Yollarının Rabitə və İşıqlandırılması MMC, Az Hava Yolları QSC, AZərbaycan İnterneyşnl Mayninq Kompani, AZFEN BM, "Azinterpartlayış-X" MMC, BAKELEKTRO OJSC, Baker Hughes Services İnternational İnc., Binagadi Oil Company, BAKU MEXANIKA VE ELEKTRONIKA MMC, Bos Shelf LLC, BP, Buro Veritas Azeri MMC, Buro Veritas Azeri MMC, “Calsberg Azerbaijan, Caspian wireline services, China National Loqqinq, Əmlak məsələləri dövlət komitəsi, Evrascon (AZərkörpü), ETA MELCO Elevator Azerbaijan Co. L.L.C, “Gilan and Knauf” MMC, Gilan TN, Gilan Ağcakənd, Gilan Beton MMC, Gilan Dəri MMC, Gilan MMC, Gilan Qəbələ, Gilan Tekstil Park MMC, GP INVESTMENT MMC, Hajiqabul Greenhouse MC, Hidro inşaat servis MMC, Kaspian Təhlukəsizlik Baltaları, Körpü Bina Tikinti MMC , Matanat A şirkəti, MET AK MMC, “Məişət Maye Qaz” QSC, MILLI GIMNASTIKA ARENASI MMC, Mingəçevir Tekstil MMC, Nasimi MKTB, Nefcala Operating Company, Nimpex MMC, Norm MMC, ORİONLİFT MMC, “Respublika Müalicəvi Diaqnostika Mərkəzi”, Pearl Construction Company, Petrochem Group, Qranit QP, RCC MMC, Real Cleaning Company, Respublika Taun Əleyhine Stansiya, RZ-İnter MMC, Shirvan Operating Company, Şimşək VK, Socar Petroleum QSC, Spektr Group, SİNERJİ PROJECT, SUMQAYIT TEXNOLOGIYALAR PARKI MMC, TCS MMC, Telemexanika Zavodu MMC, Texniki Diaqnostika və layihələndirmə MMC, Unical Construction MMC, Ustay Yapı Taahhut və Ticarət A,Ş., Xəzərlift MMC, Xəzri TN MMC və s. kimi çoxsaylı təşkilatlarla sıx əməkdaşlıq edir. Mərkəzimizin bir çox məzunları adı çəkilən müəssisələrdə işləyirlər.

Həyata keçirilən bu və digər əməkdaşlıq əlaqələri xarici tələbələrin cəlb edilməsini Mərkəzdə təhsilin keyfiyyətinin artırılmasını təmin edir.

Beynəlxalq əlaqələr şəbəkəsinin genişlənməsi “Profi-Resurs” PeşəTədris Mərkəzinin beynəlxalq əlaqələrini koordinasiya etmək və inkişaf etdirməkdən ibarətdir. Beynəlxalq Əlaqələr Şöbəsi tələbə qəbulu prosesi daxil olmaqla Mərkəzin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində əsas rol oynayır. Beynəlxalq Əlaqələr Şöbəsi həmçinin beynəlxalq tələbələrə və mütəxəssislərə müvafiq olaraq məsləhət verir və kömək göstərir.

Bizim əsas rolumuz bu və digər vəzifələrdən ibarətdir:

  • ● Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sazişlərinə təşəbbüs göstərilməsi və idarə olunması
  • ● Mərkəzi bir sıra beynəlxalq və yerli konfranslarda eləcə də müxtəlif tədbirlərdə təmsil etmək
  • ● Beynəlxalq tələbələrə, mütəxəsislərə və qonaqlara müvafiq xidmət göstərmək
  • ● Beynəlxalq tələbələrin Azərbaycanda statuslarının legallaşdırılmasına kömək göstərmək

 

Beynəlxalq Əlaqələr Şöbəsi təhsil, tədqiqat, təlim və s. məqsədilə mərkəzi ziyarət edən əcnəbilərə tam mənada köməklik göstərir. Bu sahəyə daxildir:

  • ● Viza məktublarının təmin olunması
  • ● Gəlişin planlaşdırılması
  • ● Yaşayış yeri ilə bağlı məlumatlandırma
  • ● Miqrasiya məsləhətləri
  • ● Fövqəladə hallarda və ya gözlənilməz miqrasiya problemləri zamanı məsləhətləşmə

 

Beynəlxalq Əlaqələr Şöbəsinin göstərdiyi xidmətlər haqqında ətraflı məlumat əldə etmək üçün +994 51 700-12-09 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.