"Profi-Resurs" Peşə Tədris Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 avqust 2014-cü il tarixli qərarı ilə 074496 saylı lisenziya almışdır və 2014-2015-ci tədris ilindən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən  02 iyun 2017-ci il tarixində İN/L -518/2017 qeydiyyat nömrəsi ilə xüsusi lisenziya yenilənmişdir.

Verilmiş lisenziyaya əsasən "Profi-Resurs" PTM-i İlk peşə-ixtisas təhsili üzrə fəalliyyət göstərə bilər. “Profi-Resurs” Peşə Tədris Mərkəzi Azərbaycanda fəaliyyət göstərən ilk özəl ilkin peşə təhsilli müəssisələrindəndir.

Mərkəzin əsas məqsədi əmək bazarında özünə layiqli yer axtaran peşəkar bacarıqları olmayan gənc oğlan və qızların yaxşı təlim və təcrübə görmüş peşəkarlara ehtiyacı olan işə götürənlərin tələblərinə uyğun kadrlar hazırlamaqdır.

Ölkəmizdə həyata keçirilən investisiya layihələri çoxsaylı sənaye və tikinti obyektlərinin fəaliyyətə başlaması yeni bacarıqlar tələb edən iş yerlərinin açılmasını təmin etmişdir. Yüksək əmək haqqı təklif edən belə müəssisələrdə işləmək istəyən gənclərimizin qarşısında bir bariyer durur – nəzəri və praktik peşə bacarıqlarına malik olmaq. “Profi-Resurs” Peşə Tədris Mərkəzi ən müasir tədris avadanlıqları və təlim texnologiyaları ilə iş axtaran gənclərimizin qarşısında dayanan bu baryeri dəf edərək onların peşə karyerasında yeni üfüqlər açmağı təmin edir.

PTM-də bir illik, iki illik və qısa müddətli kurslarla müxtəlif peşələr üzrə geniş tədris təşkil edilir.  İlkin peşə hazırlığı üzrə bir və iki illik ixtisas qrupları aşağıdakılardır:

  • ● Elektrik-qaz qaynaqçısı
  • ● Körpülü, özüyüriyən, qülləlli, tırtıllı və təkərli kranların maşinisti
  • ● Avtomobil təmiri çilingəri və elektrik
  • ● Mühasib
  • ● Zərgər
  • ● Bərbər
  • ● Dərzi-modelçi

 

İlkin peşə hazırlığı və ixtisasartırma üzrə qısa müddətli peşə kursları aşağıdakı istiqamətdə aparılır:

  • ● Zərgər
  • ● Tikişçi (oğlan/qız)
  • ● Kargüzar
  • ● Dayə
  • ● Mühasib (1C)
  • ● Arxiv işçisi
  • ● Elektrik-qaz qaynaqçısı
  • ● Avtomobil təmiri çilingəri, elektrik, motorist
  • ● Fərdi kompüter operatoru
  • ● Bərbər (oğlan/qız)
  • ● Aşbaz (oğlan/qız)
  • ● Ofisiant (oğlan/qız)
  • ● Xarrat, Dülgər və Parket ustası
  • ● Bənna, Suvağçı, Rəngsaz

 

"Profi-Resurs" PTM-nin əsas hədəflərindən biri Azərbaycandakı əmək bazarında peşəkar kadrların sayını artırmaqdır. Bu məqsədlə Azərbaycanda yerli və xarici şirkətlərlə əməkdaşlığı zəruri hesab edirik. Belə ki, Azərbaycanda əmək bazarını formalaşdıran və ona təsir gücünə malik olan şirkətlərin kadr ehtiyacını nəzərə alaraq, bunları tədris prosesində əks etdirməyə çalışırıq. Şirkətlər tərəfindən işçilərə qarşı irəli sürülən tələbləri tədris prosesində  nəzərə almaqla əmək bazarına yararlı, peşəkar və professional kadrlar yetişdirəcəyimizə və yetişdirdiyimiz kadrların savadlı, təhsilli və keyfiyyətli olacağına inanırıq.