Disable Preloader

Məzun Günü

«Profi-Resurs” Peşə Tədris Mərkəzində 21 İyun 2019-cu il tarixində təntənəli “MəzunGünü” qeydedilib.

Mərkəzdə təşkil olunan tədbirdə məzunlar, valideynlər, özəl şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Bildiyiniz kimi tələbələr 4 ay ərzində yerli və xarici şirkətlərdə istehsalat təcrübəsi keçirlər. Bu şirkətlərə “Hunday Avto Azərbaycan”, İmprotex motors, BMW, Performas senter “Sevrolet”, Nurgün motors, Mazda, Honda, Toyota, Suvari şirkətlər qrupu, Kranpantyor, “Şimşək-S” MMC (opel), Ulduz servis göstərmək olar.

Məzun günündə bu şirkətlərin nümayəndələri iştirak etdilər. Onlar şirkətlərində təcrübə keçən şagirdlərdən danışdılar, fərqlənən şagirdlərə “Təşəkkürnamə” təqdim etdilər.

Şagirdlərdən təcrübə zamanı fərqlənənlərə şirkətlər tərəfindən işə qəbul olma haqqında “Əmr”- in surəti təqdim olundu. Beləliklə, işlə təmin olunan şagirdlərin sayı 30 nəfər oldu. Bölgələrdə yaşayan şagirdlər də iş yerlərindən dəvət aldılar. Buna misal olaraq Balakən, Quba, Qusar, Xaçmaz rayonlarına, Gəncə şəhərinə gedən şagirdləri göstərə bilərik.

Sonda gələn qonaqlar, şirkət nümayəndələri və valideyinlər Tədris Mərkəzi ilə tanış oldular.

Şirkətlərin nümayəndələri Mərkəz-dətəhsil səviyyəsini yüksək qiymətləndiriblər və bildiriblər ki,PTM bu gün əmək bazarlarında özlərinə layiqli yer tapan yüksək ixtisaslı kadrlar hazırlayır. 

Sonda Mərkəzin direktoru, müəllimləri, valideynlər və digər qonaqlar məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıblar.
 

Son Xəbərlər