Disable Preloader

“Köln Dil və Mütəxəssislər Akademiyası”

06 oktyabr 2019-cu il tarixində "Profi-Resurs" Peşə Tədris Mərkəzi ilə Almaniyanın “E & F KaukasischerFachrkräftedienst GmbH” şirkətinin Azərbaycandakı rəsmi Filialı olan “Köln Dil və Mütəxəssislər Akademiyası” arasında əməkdaşlıq haqqında rəsmi Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən "Profi-Resurs" Peşə Tədrisi Mərkəzinin tələbələrinə Almaniyada peşə təhsillərini (AUSBILDUNG) davam etdirmək və ya işləməklə bağlı tam olaraq dəstək göstəriləcək.

Bunun üçün Alman dili kursları təşkil edilib. Bu kurslarda həm mərkəzin tələbələri, həm də bu proqrama qoşulmaq istəyən hər biriniz iştirak edə biləcəksiz.

Kurslar Əhmədli və İçəri Şəhər metro stansiyalarının yaxınlığında keçiriləcək. Kurslarımızla bağlı ətraflı məlumat almaq üçün mərkəzə müraciət edə bilərsiniz. Əlaqə nömrələri: 012 379-80-01/02/03/04.

Əməkdaşlığımızın hər iki tərəf üçün uğurlu olacağına əminik!
 

Son Xəbərlər