Disable Preloader

Alman dili kursları

“Profi-Resurs” Peşə Tədris Mərkəzində Alman dili kursları normal və intensiv formada keçirilir. Normal kurslar həftədə 3 dəfə 2 saat olmaqla, intensiv kurslar isə həftədə 5 dəfə 3 saat olmaqla tədris edilir. Dərsliklər və digər zəruri materiallar tələbələrə pulsuz verilir. Bir səviyyənin mənimsənilməsi 2-2,5 aya nəzərdə tutulub. Normal kursların aylıq qiyməti 150 AZN, intensiv kursların qiyməti isə 350 AZN təşkil edir. Hər səviyyənin sonunda tələbələrimiz müəllimlərimiz tərəfindən hazırlanmış test sualları əsasında imtahan olunur və imtahanı uğurla keçən şəxslərə sertifikat verilir. Təqdim etdiyimiz sertifikatlar Almaniyada iş və ya peşə təhsili (Ausbildung) sahəsində tanınır.

Kurs keçən müəllimlər Almaniyada təhsil almış və müvafiq kurslarda iştirak etmiş, çoxillik pedaqoji təcrübəyə malik müəllimlərdir ki, həmin müəllimlər də B2 səviyyəsinə kimi alman dili dərslərini tədris etmək qabiliyyətindədir.

Dərslər 01 Noyabr 2019-cu il tarixindən başlanır.

Ətraflı məlumat üçün: 012 379-80-01/02/03/04

Ünvan: Bakı şəh., Xətai ray., Neapol küç., 10

Son Xəbərlər