“Profi-Resurs” Peşə Tədris Mərkəzində tədris olunan əsas fənnlərdən biri olan, qaynağın sirrlərini öyrədən “Qaynağın Texnologiyası və avadanlıqlar” fənni ilə tanış olaq. Mərkəzdə əsasən qaynağın üç növü yüksək ixtisaslı kadrlar tərəfindən tələbələrə öyrədilir. Tələbələr tədris ili müddətində “Elektrik-qaz”, Yarımavtomat və “Arqon” qaynağının sirrlərinə tam yiyələnirlər. Bu əməliyyatlar əsasən Almaniya istehsalı olan “Kemppi” aparatları ilə yerinə yetirilir. Bundan başqa qaynaq qövsü, qaynaq alovu, qaynaqda istifadə olunan elektrodlar, onların markaları, həmçinin qaz qaynağında işlənən qazlar, qaz balonları, şlanqlar və onlardan istifadə qaydaları da tələbələrə öyrədilir. İstər elektrik, istərsə də qaz qaynağı zamanı yarana biləcək nöqsanlar və onların aradan qaldırılması haqqında tələbələr tam məlumatlandırılır.