“Profi-Resurs” Peşə Tədris Mərkəzi peşəkarlığını artırmaq istəyən mühasibləri və mühasibatlıq üzrə yeni fəaliyyətə başlamaq istəyənləri mühasibatlıq sahəsi üzrə “Mühasib fərdi kompyuter operatoru” ixtisasına dəvət edir.

Mühasib peşəsi — əmək bazarında ən çox tələb olunan peşələrdən biridir.

Mühasibat uçotu — vacib və mürəkkəb bir sistemdir. Bəzi hallarda müəssisənin gələcəyi bu sistemin düzgün və effektiv qurulmasından asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun, kassa və əlaqəli sənədlərin idarə edilməsidir. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardım və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

Peşənin müsbət tərəfləri

Mühasib peşəsi digər peşələrlə müqayisədə daha çox tələb olunandır. Mühasib eyni zamanda bir neçə kiçik müəssisədə çalışa bilir, bu da ona əlavə qazanc gətirə bilər. Mühasib peşəsi prestijli iş sahəsi hesab olunur. Müəssisələrdə mühasib idarəetmə personalına aid edilir.

Peşənin mənfi tərəfləri

Yüksək səviyyəli məsuliyyətin zəruriliyi: Maliyyə uçotu və vergi ödənişləri ilə bağlı buraxılmış səhvlər cinayət məsuliyyətinə gətirib çıxara bilər.

Əməliyyatçı mühasib ixtisasının əhatə etdiyi sahələr:

  • • Statistika
  • • Maliyyə
  • • İdarəetmə

 

Bu ixtisası bitirənlər bacaracaqlar:

  • • Maliyyə əməliyyatlarını keyfiyyətlə yerinə yetirməyi
  • • Əmək və vergi qanunvericiliyini bilməyi
  • • Statistik təhlil aparmağı
  • • Hesabatları tərtib etməyi
  • • Uçotun təşkilini aparmağı
  • • Müəssisənin maliyyə təsərrüfatının iqtisadi təhlilini aparmağı

İKT proqramları və Kompüter texnologiyasının əsasları

Müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi bu gün informasiya cəmiyyətinin zəruri tələblərindən, ehtiyaclarından biridir. 

"Profi-Resurs" Peşə Tədris Mərkəzi də İKT sahəsinə xüsusi diqqət ayırır. Mərkəzimizdə "İnformasiya Kommunikasiya texnologiyaları" və "Kompüter texnologiyasının əsasları" fənnləri tədris olunur.

Tədris olunan fənnlərdə mühazirələr prezentasiyalar şəklində tələbələrə çatdırılır və avadanlıq olaraq kompyuterlərdən istifadə olunur.

Xüsusi vəzifələr:

Mövzuları tam şəkildə mənimsədikdə kompyuterdən, onun imkanlarından və həmçinin tədris olunmuş proqramlardan sərbəst şəkildə istifadə etmək mümkündür.

Bilik və bacarıqlar:

İKT elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmə tamamilə yiyələnmək üçün tələbələrin həmçinin riyazi, məntiqi, alqoritmik və s. bacarıqları da şərtdir. Mövzulara tam yiyələnmiş tələbələr: kompyter, kompyuterin hissələri və ona qoşulan digər qurğulardan sərbəst şəkildə istifadə edə bilir, sərbəst kompyuterləri format edir, həmçinin Windows əməliyyat sistemindən və Ofis proqramlarından sərbəst şəkildə istifadə edə bilir.

Bu sahə üzrə bilikləri "Profi-Resurs" Peşə Tədris Mərkəzində kurslar keçərək əldə edilə bilərsiz.